İmtahan/Sertifikat 2012-ci ildə tarixlər Qeydiyyatdan
keçmək üçün
son tarix Qiymət
IELTS 12 aprel
21 aprel
12 may
26 may
09 iyun
30 iyun
12 iyul
21 iyul
04 avqust
25 avqust
01 sentyabr
22 sentyabr
13 oktyabr
27 oktyabr
08 noyabr
17 noyabr
01 dekabr
08 dekabr
29 fevral
09 mart
29 mart
13 aprel
27 aprel
18 may
30 may
08 iyun
22 iyun
13 iyul
20 iyul
10 avqust
31 avqust
14 sentyabr
26 sentyabr
05 oktyabr
19 oktyabr
26 oktyabr
160 AZN
KET (Key English Test)
17 mart
7 iyun
17 noyabr 10 fevral
2 may
12 oktyabr
60 AZN
FCE (First Certificate in English) 12 iyun 1 may 120 AZN
TKT (Teaching Knowledge Test) 28 iyul
5 iyun 60 AZN
IELTS
Biz IELTS imtahanını hər ay iki dəfə keçiririk. Qeydiyyat müddəti imtahan gününə 6 həftə qalmış başa çatır.
Bu tarixdən sonra da qeydiyyat mümkündür, lakin bu halda imtahan verən şəxslər bizimlə əlaqə saxlamalıdırlar. Qeydiyyat müddətindən sonra qeydiyyat etmək istəyən şəxslər üçün imtahan qiyməti 170 AZN olacaqdır.
Qeydiyyatdan burada keçə bilərsiniz
Gec qeydiyyat
QEYD: Biz yalnız bank vasitəsi ilə keçirilən ödənişləri qəbul edirik. Xahiş edirik imtahanda iştirak edəcək şəxsin adını, IELTS sözünü və imtahanın keçiriləcək tarixini bank ödəniş blankının Ödənişin təyinatı hissəsində qeyd edin (məs: N. Məmmədov, IELTS, 26.06.10).
Xahiş edirik nəzərə alın:
ÖDƏNİŞİN QAYTARILMASI
TEST TARİXİNİN DƏYİŞDİRİLMƏSİ
Siz testin tarixini, yalnız seçdiyiniz test sessiyasından 5 həftə öncə Request for Transfer Form (aşağıda mövcuddur) təqdim etməklə dəyişdirə bilərsiniz. Doldurulmuş ərizə Test üçün Ödəniş qəbzi ilə birgə IELTS Administratoruna göndərilməli və ya ofisimizə təhvil verilməlidir.
Bir iştirakçı imtahan gününü 1 dəfədən artıq başqa tarixə keçirərsə 20 AZN köçürmə haqqı British Council hesabına köçürməlidir
NƏTİCƏLƏRİNİZİ NECƏ ÖYRƏNƏ BİLƏRSİNİZ?
İştirakçılar 13 gün sonra Test Report Form -u (imtahan nəticələrini) əldə edəcək. Hər bir iştirakçı Test Report Form- un (TRF) yalnız bir nüsxəsini əldə edə bilər.
İmtahan nəticələri həmçinin www.britishcouncil.az internet səhifəsində imtahandan 13 gün sonra görə bilərsiz.
Siz nəticələrinizi kandidat nömrəniz, doğum tarixi və şəxsiyyətinizi təsdiq edən sənədin seriya nömrəsini yığmaqla yoxlaya bilərsiniz.
IELTS nəticələri telefon, fax və ya e-mail-lə verə bilməz. Test Report Form-un original nüsxəsi bir neçə təşkilata göndərilə bilər. Bunun üçün aşağıdakı qaydalara əməl etmək lazımdır.
Test Report Form-u necə göndərmək olar ?
Əgər siz Test Report Form-u Azərbaycan daxilində müəyyən təşkilata göndərmək istəyirsinizsə bir nüsxə üçün 15 AZN ödəməlisiniz.
Əgər siz TRF-i xaricə göndərmək istəyirsinizsə aşağıda göstərilən müvafiq kuryer haqqını British Council-ın bank hesabına köçürüb, bankdan sizə təqdim olunan çıxarışı skan edib ielts@britishcouncil.az e-maillə göndərməlisiniz.
Avropa ölkələri : 45AZN
Orta Şərq/ Amerika : 55AZN (İran, ABŞ ,Kanada)
Cənub yarımkürəsi : 65 AZN (Avstraliya ,Yeni Zellandiya)
Sonra Additional TRF (əlavə nəticə forması) formanı doldurub ad ,soyad, atanızın adı, imtahan tarixi və ödəniş qəbzini ielts@britishcouncil.az emailinə göndərin.
Nəzərə alın əgər siz ödəniş etmədən formanı doldursanız sizin xahişiniz nəzərə alınmayacaq.
Sizin əlavə sifariş etdiyiniz TRF göstərilən yerə 2 iş günü ərzində göndəriləcək.
Təşkilatlar sizin nəticənizi həmçinin online IELTS verification service, vasitəsilə TRF-in nömrəsini yığmaqla öyrənə bilərlər.
NƏTİCƏLƏRİNİZ SİZİ QANE ETMƏDİYİ HALDA NƏTİCƏLƏRİN YENİDƏN YOXLANILMASI XİDMƏTİNDƏN İSTİFADƏ EDƏ BİLƏRSİNİZ:
Nəticəniz sizi qane etmədiyi halda nəticələrin yenidən yoxlanılması xidmətindən istifadə edə bilərsiniz.Bu imtahan tarixindən 6 həftə ərzində yerinə yetirilməlidir. Siz istədiyiniz modulu yenidən yoxlaya bilərsiniz. EOR (Enquiry on Result ) forması doldurulmalı, British Council hesabına 110 AZN köçürülməli və bu sənədlər skan olunub ielts@britishcouncil.az email-ə göndərilməlidir. Sizdə olan original TRF ofisə qaytarılmalıdır. Əgər hər hansı bir imtahan nəticəniz dəyişərsə,110 AZN sizə qaytarılacaq. Daha geniş məlumat əldə etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Cambridge General English İMTAHANLARI
Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun və qaydalarla tanış olun.
Cambridge Business English İMTAHANLARI
Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun və qaydalarla tanış olun
Cambridge TKT İMTAHANLARI
Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun və qaydalarla tanış olun.
Cambridge ICFE İMTAHANLARI
Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun və qaydalarla tanış olun
Əlavə məlumat üçün bizə müraciət edə bilərsiniz.
The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.
Open the original version of this page.
Usablenet Assistive is a UsableNet product. Usablenet Assistive Main Page.