British Council Azerbaijan

Page Content

IELTS İNGİLİS DİLİ TESTİ

IELTS - International English Language Testing System

Bu test ingilis dili ünsiyyət vasitəsi kimi istifadə olunan yerlərdə təhsil almaq və ya işləmək istəyənlərin ingilis dili hazırlığını qiymətləndirmək üçün tərtib olunmuşdur.

Ali ixtisas təhsili kurslarında, həmçinin mühacirət xidmətində ingilis dilindən qəbul şərti kimi geniş istifadə olunur.

IELTS TESTİ NƏDƏN İBARƏTDİR?
Testin iki modulu var: Akademik və Ümumi. Qeydiyyatdan keçməzdən əvvəl sizə lazım olan birini seçin. Bütün namizədlərin Dinləmə, Oxuma, Yazma və Danışıq qabiliyyəti yoxlanır.

NƏ VAXT VƏ HARADA TESTDƏN KEÇƏ BİLƏRƏM?
Biz testi ayda bir dəfə, ofisimizdə keçiririk. Dəqiq tarixləri Qeydiyyat və Ödəniş səhifəsində tapa bilərsiniz. İmtahan tarixindən iki həftə sonra Test Hesabat Formaları hazır olur. Sertifikatı götürməyə gəldikdə zəhmət olmasa şəxsiyyət vəsiqəsi və ya pasport gətirməyi unutmayın. İELTS imtahan nəticələrinizi həm də ONLAYN yoxlaya bilərsiniz.

İELTS İMTAHANINA NECƏ HAZIRLAŞMAQ OLAR?
Rəsmi İELTS hazırlıq materiallarını British Council ofisində əldə edə bilərsiniz.  Bu materiallar bir kitab və diskdən ibarətdir və qiyməti 25 AZN-dır. Ödəniş bank köçürməsi ilə aparilmalıdır. Bununla bağlı məlumat almaq üçün ielts@britishcouncil.az electron ünvanına email göndərə bilərsiniz.

İELTS imtahanına onlayn qeydiyyatdan keçmiş iştirakçılar tamamilə pulsuz olan və təkrarlanmayan İELTS onlayn hazırlıq materialları əldə edə bilərlər.Bunun üçün siz Road to İELTS səhifəsində öz elektron poçt adresinizi və İELTS qeydiyyat nömrəsini qeyd etməlisiniz. Zəruri məlumat: İELTS imtahanına qeydiyyatdan keçməmiş “Road to İELTS” hazırlıq materiallarından istifadə etmək mümkün deyil.

TEST BALI HANSI MÜDDƏTƏ QÜVVƏDƏ QALIR?
Testin nəticələri iki il müddətində etibarlı sayılır. İki ildən əvvəl alınmış Test Hesabat Forması, ancaq namizədin ingilis dili təcrübəsini aktiv şəkildə artırdığına sübutlar gətirdiyi halda, indiki səviyyənin göstəricisi kimi qəbul oluna bilər.

ABŞ Universitetləri və IELTS

IELTS imtahanı artıq ABŞ-da da qəbul olunur. Bu listdə siz ABŞ-da olan və IELTS qəbul edən universitetlərin siyahısını tapa bilərsiniz.

İELTS HAQQINDA TEZ-TEZ VERİLƏN SUALLAR

İNGİLİS DİLİ İMTAHANLARI

IELTS İNGİLİS DİLİ TESTİ

Cambridge General English

Cambridge Business English

QEYDİYYAT VƏ ÖDƏNİŞ

IELTS VEB-SAYTI

İELTS haqqInda tez-tez verilən suallar

BİZİMLƏ ƏLAQƏ SAXLAYIN

Facebook-da bizə qoşul

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.

© British Council

Text Only Options

Top of page


Text Only Options

Open the original version of this page.

Usablenet Assistive is a UsableNet product. Usablenet Assistive Main Page.