1. British Council nədir?
British Council Birləşmiş Krallığı dünya ilə və eləcə də dünyanı Birləşmiş Krallıq ilə bağlayan beynəlxalq mədəniyyət əlaqələri təşkilatıdır.
İnanırıq ki, bir-birindən asılı olan, qarışıq dünyamızda insanların bir birini daha yaxşı başa düşməsi, daha çox birgə əməkdaşlıq etməsi və bir-birindən daha çox öyrənməsi üçün imkanlar yaratmaq hamımız üçün təhlükəsiz, daha uğurlu və davamlı gələcək təmin etməsi baxımından çox vacibdir.
İncəsənət, elm, idman, ingilis dilinin tədrisi, iqlim dəyişikliyi və ya təhsil sahəsində fəaliyyətimiz müxtəlif ölkələr və mədəniyyətlər arasında daha böyük inam və anlaşmanın əsasını qoyur. Fəaliyyətimiz həmçinin dünyanın qapılarını Birləşmiş Krallığa və eləcə də Birləşmiş Krallığın qapılarını dünyaya açaraq, Britaniya üçün möhkəm beynəlxalq əlaqələrin yaranmasına kömək edir.
Gördüyümüz işlər həm Britaniyada, həm də fəaliyyət göstərdiyimiz yüzdən çox ölkədən olan insanlara öyrənmək, bölüşmək və bütün dünya ilə əlaqə saxlamaq üçün imkanlar yaradır.
2. British Council Azərbaycanda nə edir?
British Council Azərbaycan xalqına təhsil, ingilis dili, sosial inkişaf, incəsənət və elm sahələrinin inkişafına yardım etmək üçün müxtəlif xidmətlər təklif edir. Biz Azərbaycanda hökumət, elmi və qeyri-hökumət təşkilatları ilə, həmçinin Böyük Britaniya və Avropa ölkələrindəki tərəfdaşlarımızla əməkdaşlıq edərək Azərbaycanda fərdi şəxslər üçün müxtəlif imkanlar yaradırıq. Bizim əsas diqqətimiz inkişaf və maariflənmiş gənclərin davamçılarının dəstəklənməsinə yönəlmişdir.
Daha ətraflı məlumat buradan ala bilərsiniz.
3. British Council-da ingilis dili kursları fəaliyyət göstərir?
Biz kütlə üçün ingilis dili kursları təşkil etmirik, amma bizim Learn English və Learn English kids kimi çox faydalı və praktik olan internet səhifələrimiz var.İngilis dilini müstəqil şəkildə öyrənmək məqsədilə Siz British Council-ın Xarici Dillər Universitetinin Resurs Mərkəzində yerləşən zəngin kitabxanasından yararlana bilərsiniz. Kitabxanaya pulsuz üzv ola bilərsiniz.
4. British Council-da kitabxana fəaliyyət göstərir?
Strategiyasmızın geniş şəkildə yenidən nəzərdən keçirilməsi nəticəsində biz kitabxana əməliyyatlarımızı Xarici Dillər Universitetinin Resurs Mərkəzinə köçürmüşük. Biz hal hazırda fəaliyyətimizi bütün növ mədəni tədbirlərin və eləcə də təhsil, incəsənət, idarəetmə, elm və idman sahəsində konfrans və seminarların həyata keçirilməsi və eyni zamanda hər il minlərlə Birləşmiş Krallıq imtahanlarının idarə edilməsi sahəsində davam etdiririk.
5. Mən British Council-dan maliyyə dəstəyi ala bilərəm?
British Council maliyyə verən təşkilat deyil. Biz qrant proqramları və ya maliyyə dəstəyi etmirik. Azərbaycan və Birləşmiş Krallıq arasında qarşılıqlı münasibətlərin inkişafını təmin etmək məqsədilə biz yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik.
6. Siz mənə Birləşmiş Krallığa getmək üçün viza almaqda kömək edə bilərsiniz?
British Council visaların verilməsilə məşqul olmur. Bunun üçün Siz Bakıdakı Britaniya səfirliyinə müraciət etməlisiniz.
7. Siz Britaniya unversitetlərində təhsil almaq üçün imkanlar təklif edirsiniz?
British Council Azərbaycan fərdlərə və təhsil institutlarına yerləşdirmə xidmətləri göstərmir. Bunun üçün Siz EducationUK vebsaytına daxil ola bilərsiniz. Bakalavr dərəcəsi və eləcə də bakalavra hazırlıq kursu (foundation) üçün lazım olan ərizə formaları UCAS vasitəsilə onlayn doldurulur.
8. Birləşmiş Krallığa səyahət haqqında məlumatları British Councildan əldə edə bilərəm?
Biz səyahət barədə məlumatlar vermirik, bunun üçün Siz Visit Britain vebsaytına müraciət edə bilərsiniz.
9. British Council-a nece gələ bilərəm?
İşimizin yeni qaydalarına əsasən, ofisimizə gəlməzdən öncə zəng edib görüşmək istədiyiniz adamla görüş təyin etməyinizi məsləhət görürük. Telefon nömrələrimiz: 99 412 497 1593/497 2013
10. Sizin fəaliyyətləiriniz barədə necə məlumatlana bilərəm?
Internet səhifəmizə mütəmadi olaraq daxil olmaqla və xəbərlər bülletenimizə abunə olmaqla Siz British Council-ın bütün fəaliyyətləri barədə məlumat ala bilərsiniz. Həmçinin, Siz Facebook sosial şəbəkəsində də bizə qoşula bilərsiniz.
The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.
Open the original version of this page.
Usablenet Assistive is a UsableNet product. Usablenet Assistive Main Page.