British Council Azerbaijan

Page Content   Tools   İngilis dili   Təhsil   Mədəniyyət   Elm   Əməkdaşlıq   Biz kimik?

TƏZƏ NƏLƏR BAŞ VERİR?   
İKİNCİ MİLLİ ROBOTLAR YARIŞMASI   
BY LAYİHƏ NECƏ BAŞLADI?   
«ROBOTLAR MİSSİYASI» NƏDİR?   

ROBOTLAR MİSSİYASI

Yerli və Britaniya məktəbləri arasında əlaqə yaradan layihəmiz    

Böyük məmnuniyyətlə sizə “Robotlar Missiyası” layihəmizin uğurla başa çatdığını bildiririk. Layihənin 3-cü, həm də sonuncu mərhələsində Azərbaycandan və Böyük Britaniyadan 14 məktəb, 112 şagird və 14 müəllim iştirak edirdi.
Təşkil olunmuş yeddi komanda bizim on-layn forumlar vasitəsilə britaniyalı yoldaşları ilə əlaqə quraraq 2006-ci ilin mövzusu
Nano Quest üzərində işləmişdilər.   

ÜÇÜNCÜ MİLLİ ROBOTLAR YARIŞMASI

17 dekabr 2006-cı ildə Bakıda ÜÇÜNCÜ MİLLİ ROBOTLAR YARIŞMASI keçirildi.
Yarışmanın birinci hissəsində şagirdlər nanotexnologiyanın cəmiyyətə, səhiyyə, kompüterlər və ətraf mühitə olan təsiri barədə tədqiqatlarını təqdim etdilər.
İkinci hissədə isə əsas robot yarışları oldu. Komandalar iki-iki görüşdülər: bu zaman robotlar 2½ dəqiqə ərzində yarışma masası üzərində müxtəlif tapşırıqları yerinə yetirməklə mümkün qədər çox xal toplamalı idilər.

Ən çox xal toplamış 2 komanda finala vəsiqə qazandı və burada onlar Çempion adı uğrunda mübarizə apardılar.

BRİTANİYA FİNALI

Milli Çempionatın qalibi Lökbatandakı 139 nömrəli məktəbin “Lökbatan CEC” komandası oldu və qalib komanda Birminqem Universitetində 27 yanvar 2007-cı ildə keçirilən FIRST Lego Liqasının Britaniya Finalında yarışmaq üçün Birləşmiş Krallığa səfər etdi.
Lökbatan məktəbinin şagirdləri Seynt Cozef’s məktəbindən olan komanda yoldaşları ilə birlikdə çempionatda iştirak edən 28 britaniyalı komanda arasında ilk səkkizliyə seçildilər. Bu, bizim komanda üçün böyük uğur oldu.

Bundan əlavə, 2006-cı ilin 15 və 16 dekabr tarixlərində Xəzər Enerji MərkəziTİSA-da tərəfdaş məktəblərdən biri olan Kallinqton İctimai Kollecinin müəllimi Mayk Qrokot 200-ə yaxın azərbaycanlı şagird və müəllim üçün “Günəş bir ulduz kimi”, “Ulduz və qalaktikalar”, “Raketlər”, “Günəş sistemi” və bu kimi mövzularda məşğələlər keçmişdir.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our Freedom of Information Publications Scheme. Double-click for pop-up dictionary.    Positive About Disabled People   Download Browsealoud    

Ev səhifəsi   Bizimlə əlaqə saxlayın   British Council UK   \x3cIMG src=azerbaijan-structure-20x10-flag.gif border=0 width=20 height=10\x3e English

© British Council
Text Only Options

Top of page


Text Only Options

Open the original version of this page.

Usablenet Assistive is a UsableNet product. Usablenet Assistive Main Page.