British Council Azerbaijan

Page Content   Tools   İngilis dili   Təhsil   Mədəniyyət   Elm   Əməkdaşlıq   Biz kimik?
Beautiful Science (Gözəl Elm)       

ŞÖHRƏT LABORATORİYASI MÜSABİQƏSİ       

RUMINİYADA İCTİMAİ DEBATLAR       

ELMİ DEBATLAR

Bizim gələcək enerjimiz: nüvə gücü, yoxsa yenilənən enerji növləri?    

Bəzən bir məsələ ilə bağlı iki aydın tərəf yaransa da, hətta ən ziddiyyətli məsələlərdə belə çox zaman orta mövqe də mövcud olur. Heç bir məsələ ağ ya da qara deyil və bəzən boz rəngin olması debatı daha da rəngarəng edə bilər.

Azərbaycanda “Gələcək Enerjimiz” adlı Elmi Debatlar 23 Janvar 2008-ci il Qafqaz Universitetində keçiriləcək. Sədr Pədi Riqan və dörd debatçı suallara cavab verəcək və bu mövzu ilə bağlı öz baxışlarını bildirəcəklər.

British Council bu fürsətdən istifadə edərək, Qafqaz Universitetinə əməkdaşlığına görə təşəkkür etmək istəyir.

Elmi Debatlar “Gözəl Elm” adlı regional layihənin üçüncü hissəsidir. Layihənin məqsədi elm, təhsil və incəsənəti birləşdirərək gəncləri elm sahəsində karyera qurmağa həvəsləndirmək, habelə gənc alimləri daha geniş kütlə ilə açıq, hərtərəfli, ruhlandırıcı və interaktiv yollarla əlaqə yaratmağa həvəsləndirməkdir. Layihə Avstriya, Azərbaycan, Bolqarıstan, Xorvatiya, Yunanıstan, İsrail, Rumıniya, Serbiya və Türkiyə olmaqla Cənub-Şərqi Avropanın 9 ölkəsində, habelə Böyük Britaniyada keçirilir.

Layihə Böyük Britaniyanın elmin müsbət rolu barədə geniş müzakirəyə ruhlandıran təcrübəsinə əsaslanır. Layihədə gənc alimləri və ictimaiyyəti yeni elm barədə müzakirələrə həvəsləndirmək məqsədilə ustad dərslərindən, müsabiqələrdən, habelə interaktiv tədbirlərdən istifadə olunur.

Layihənin digər komponenti Şöhrət Laboratoriyası – elm kommunikatorları üçün nəzərdə tutulan beynəlxalq müsabiqədir və gənc alimləri auditoriyanın  təsəvvürünü XXI əsrdə elmi baxışla ilhamlandırmağa və təəccübləndirməyə həvəsləndirir. Şöhrət Laboratoriyası Azərbaycanda 2008-ci ilin mart ayında keçiriləcək. Müsabiqə ilə bağlı əlavə məlumat üçün FameLab səhfəsinə müraciət edin.

Dr. Patrik Riqan Surrey Universitetinin (Gildford, Britaniya) Fizika Fakultəsində Radiasiya və Ətraf Mühitin mühafizəsi üzrə Magistr kursunun direktorudur. O özünün eksperimental nüvə strukturu fizikası sahəsində doktorluq dərəcəsini 1991-ci ildə York Universitetində almışdır. Bundan başqa o, müntəzəm olaraq radiasiyadan mühafizə məsələləri ilə bağlı ümumi mətbuata məlumatlar vermişdir, bura həmçinin onun BBC Televiziyası və Radiosuna, Sky Nyuz, Kanal 5, CNN və başqa mətbuat qurumlarına verdiyi çoxsaylı müsahibələr də daxildir.

Azərbaycanda keçiriləcək tədbirin dəqiq proqramını əldə etmək üçün 2007- ci ilin yanvar ayından başlayaraq bu səhifəni yoxlayın və ya bizim həftəlik e-qəzetimizə üzv olun. Biz sizə tədbirlərimiz haqqında son məlumatları çatdıracağıq.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our Freedom of Information Publications Scheme. Double-click for pop-up dictionary.    Positive About Disabled People   Download Browsealoud    

Ev səhifəsi   Bizimlə əlaqə saxlayın   British Council UK   \x3cIMG src=azerbaijan-structure-20x10-flag.gif border=0 width=20 height=10\x3e English

© British Council
Text Only Options

Top of page


Text Only Options

Open the original version of this page.

Usablenet Assistive is a UsableNet product. Usablenet Assistive Main Page.