British Council Azerbaijan

Page Content   Tools   İngilis dili   Təhsil   Mədəniyyət   Elm   Əməkdaşlıq   Biz kimik?
Nijat Aliyev the winner of the FameLab competition in Azerbaijan "Moment of Movement"    

Böyük BrİtanİyanIn FameLab modelİ       

Cheltenham Science Festivali       

ŞÖHRƏT LABORATORİYASI MÜSABİQƏSİ

Elmin yeni simasının tapılması    

“Biz gözlərində elm ulduzu parlayan elmi cəhətdən dəqiq olan əyləncəli, orijinal və həyəcanlandırıcı çıxışlarını elmə aidiyyatı olmayan dinləyicilərə təqdim edə bilən adamlar axtarışındayıq.” Kati Sayks, Çeltenhəm Elm Festivalının Direktoru, Böyük Britaniya.

Böyük məmnuniyyətlə, 30 mart 2007-ci il tarixində Hyatt mehmanxanasında keçirilmiş “Şöhrət Laboratoriyası” müsabiqəsinin qaliblərini elan edirik!

Nicat Əliyev – Qafqaz Universitetinin Mühəndislik fakültəsinin tələbəsi, “Fırlanma momenti” mövzusunda olan maraqlı və əyləncəli təqdimatı ilə birinci mükafata layiq görülmüşdür və 2007-ci ilin iyul ayında Çeltenhəm Elm Festivalında iştirak etmək üçün Böyük Britaniyaya yollanacaq. O, həmçinin, Bank Standarddan "Toshiba" əl kompyuterini qazanmışdır.

İkinci yerin sahibi, Sevinc Orucova, Bakı Dövlət Universitetinin müəllimi və aspirantı, öz təqdimatını “Qeyri-səlis məntiqə” həsr etmişdir.

Üçüncü yerə sahib olan, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin tələbəsi, Zülfiyyə Tağıyeva, çox sadə və bədii şəkildə klonlaşdırmanın əsas prinsiplərini açıqlamışdır.

On finalçının hər biri, Britaniyanın elm komunikasiyası üzrə məsləhətçisi, Stiv Mezyö tərəfindən keçirilən treninqdə iştirak etmək haqqını qazanmış və Bank Standarddan i-podlarla mükafatlandırılmışlar.

Biz qaliblərimizi ürəkdən təbrik edib onlara elm əlaqələndiriciləri kimi gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.  

Şöhrət Laboratoriyası (Famelab) Böyük Britaniyada Çeltenhəm Elm Festivalının təşəbbüsü ilə yaranıb və ilk dəfədir ki, bu müsabiqə Cənub Şərqi Avropanın 9 ölkəsində British Council şəbəkəsi vasitəsi ilə beynəlxalq səviyyədə keçiriləcək.

Şöhrət Laboratoriyasınin məqsədi gənc alimlərə (18 -35 yaş arası) dəstək verməkdir ki, onlar da öz növbələrində geniş kütləni 21-ci əsrin elmi nəaliyyətləri ilə maraqlandıra və əyləndirə bilsinlər.

Müsabiqə televiziya dinləyicilərinə öz yaradici ideyalarını çatdira bilən və təqdim etmə bacarığı olan elmin yeni simaları axtarışındadır. Sizə tanış olan "Yeni Ulduz" və "Mega Ulduz" televiziya proqramları nümunə kimi göstərilə bilər- sizin 3 dəqiqəniz  olacaq ki, özünüzü ekspert münsiflərə təqdim edəsiniz və yalniz ən yaxşılar növbəti mərhələyə keçəcək. Çıxışlar elmi cəhətdən dəqiq, əyləncəli və orijinal təqdim edilməli və həmçinin elmə aidiyyatı olmayan dinləyicilərə ünvanlanmalıdır.

Şöhrət Laboratoriyası müsabiqəsi 2007-ci ilin mart ayında keçirilmişdir. Cənub Şərqi Avropanın 9 ölkəsində qalib gələn 9 şəxs Böyük Britaniyada Çeltenhəm Elm Festivalında iştirak edəcək.

Azərbaycanda layihə Qafqaz Universiteti ilə birgə həmçinin də Bank Standard və Xəzər Enerji Mərkəzinin dəstəyi ilə  həyata keçirilmişdir. Space televiziyası layihəyə media dəstəyi göstərmişdir.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our Freedom of Information Publications Scheme. Double-click for pop-up dictionary.    Positive About Disabled People   Download Browsealoud    

Ev səhifəsi   Bizimlə əlaqə saxlayın   British Council UK   \x3cIMG src=azerbaijan-structure-20x10-flag.gif border=0 width=20 height=10\x3e English

© British Council
Text Only Options

Top of page


Text Only Options

Open the original version of this page.

Usablenet Assistive is a UsableNet product. Usablenet Assistive Main Page.