British Council Azerbaijan

Thomson Foundation

BİZNES JURNALİSTİKA LAYİHƏSİ

Jurnalistlər üçün xüsusi təlim proqramı

British Council məmnuniyyətlə jurnalistlər üçün nəzərdə tutulmuş xüsusi təlim proqramını elan edir. Bu təlim proqramı PAŞA Bankın partnyorluğu, Azərbaycan Media Mərkəzi və Thomson Foundation təşkilatının dəstəyi ilə British Council tərəfindən həyata keçiriləcəkdir.

Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata (televiziya, çap və elektron mətbuat) professional bilik və səriştənin artırılmasında kömək etməkdir.

2011-ci ilin iyul ayından başlayaraq  keçiriləcək təlimlərdə iştirak etmək üçün 10 iştirakçı seçiləcəkdir. Təlimlər zamanı ən fəal iştirakçıların Birləşmiş Krallığın Kardiff və yaxud London şəhərində təlim-tədris səfəri nəzərdə tutulmuşdur.

Qeyd edək ki, layihədə paytaxt Bakıdan olan jurnalistlərlə yanaşı bölgələrdən olan media işçiləri də qatıla bilər.

Proqram əsasən jurnalistlərin aşağıdaki bilik və səriştələrini artırmağı nəzərdə tutur:

-Məqalə yazma tərzləri

-Oçerklərin yazılması  

-Reportajların hazırlanması

-Xəbərlərin yazılması

-Müsahibə alma texnikası və praktikası

Təlim aşağıdaki mövzuları əhatə edəcəkdir:

-İqtisadiyyat jurnalistikası

-Biznes jurnalistikası

-Etika qaydaları, məlumatın balanslı və  doğru çatdırılması  -

Seçiləcək iştirakçılardan tələb olunanlar:

•Jurnalistika sahəsində minimum 2 illik iş təcrübəsi

•Ölkədaxili radio və televiziya yayımları, çap, onlayn mediada işləməli  

•Minimum ingilis dili səviyyəsi olmalı

•Bütün təlim kurslarında iştirak edə bilməli

a)3 təlim sessiyası Bakıda (hər təlim 5 tam gün olmaqla)

b)Təlim məqsədilə Böyük Britaniyaya 4-5 günlük səfər

Qeyd: İştirakçıların bütün təlim kurslarında iştirak etməsi zəruridir!

Marağı olan şəxslər ərizə formasını buradan yükləməlidirlər. Doldurulmuş ərizə formaları və CV-lər 2011-ci il 03 iyul tarixindən gec olmayaraq konul.ahmadova@britishcouncil.az elektron poçt ünvanına göndərilməlidirlər.

DCSIMG

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.

© British Council

Text Only Options

Top of page


Text Only Options

Open the original version of this page.

Usablenet Assistive is a UsableNet product. Usablenet Assistive Main Page.