British Council Azerbaijan

Page Content   Tools   İngilis dili   Təhsil   Mədəniyyət   Elm   Əməkdaşlıq   Biz kimik?

ROBOTLAR MİSSİYASI

TƏZƏ NƏLƏR BAŞ VERİR?   
İKİNCİ MİLLİ ROBOTLAR YARIŞMASI   
BY LAYİHƏ NECƏ BAŞLADI?   
«ROBOTLAR MİSSİYASI» NƏDİR?   

First LEGO League       

Praktik və interaktiv robotlar proqramını idman ruhlu atmosferlə birləşdirən uşaqlar üçün beynəlxalq proqram. Hər il bütün dünyada FLL Internatıonal komandalarına yeni bir mövzu elan olunur. Komandalar Robot Yarışmasının müxtəlif missiyalarını yerinə yetirmək üçün öz robotlarını layihələşdirib quraşdırıraq proqramlaşdırır.

British Airways
bu tədbirə yardım göstərmişdir

ROBOTLAR MİSSİYASI

Yerli və Britaniya məktəbləri arasında əlaqə yaradan layihəmiz    

Birinci mərhələdə qazandılmış müvəffəqiyyətdən sonra Azərbaycan və Britaniya məktəbliləri arasında əlaqələr yaradan uğurlu elmi layihəmiz - “Robotlar Missiyası” tam sürətlə davam edir.

Layihənin ikinci mərhələsində Azərbaycandan səkkiz və Britaniyadan dörd məktəb, 96 şagird və 12 müəllim iştirak edir. 25 sentyabr 2005-ci ildə Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Şəki, Ağdaş, Quba və Əli Bayramlıdan olan müəllimlər robotların istifadəsi və proqramlaçdırılması üzrə təlim-məşğələmizdə iştirak etdilər. Bundan sonra təşkil olunmuş səkkiz komanda bizim on-layn forumlar vasitəsi ilə britaniyalı yoldaşları ilə əlaqə quraraq 2005-ci ilin mövzusu “Okean odisseyası” (Ocean Odyssey) üzərində işləyib.

İKİNCİ MİLLİ ROBOTLAR YARIŞMASI
20 dekabr 2005-ci il yerli komandalar İkinci Milli Robotlar Yarışmasında görüşdü. Açılış mərasimi saat 10.00, ABU Arena İdman zalında keçirildi.

Yarışmanın birinci hissəsində şagirdlər okeanların sağlamlığı, biomüxtəlifliyi və məhsuldarlığı ilə əlaqədar müxtəlif problemlərə aid tədqiqatlarını təqdim etdi.
İkinci hissədə isə əsas robot yarışları başladı. Komandalar iki-iki görüşdü: bu zaman robotlar 2½ dəqiqə ərzində yarışma masası üzərində sualtı qayığı suya endirmək, nasos stansiyasını mühafizə etmək, boru xəttini təmir etmək, delfini suya buraxmaq və karqo qəzasının nəticələrini təmizləmək kimi tapşırıqları yerinə yetirməklə mümkün qədər çox xal toplamalı idi.

Ən çox xal toplamış dörd komanda yarım-finala vəsiqə qazandı və burada onlar Final uğrunda mübarizə aparadılar. 2005-ci ildə Çempion Kubokundan başqa ən yaxşı təqdimat və ən yaxşı robot dizaynına görə iki əlavə mükafat da nəzərdə tutulmuşdu.

Ən çox xal toplamış dörd komanda, “Robo-sapiens” (Bakı-Heyl), “Robosoft Reloaded” (Sumqayıt-Kallinqton), “Robocart” (Şəki-Teymarsayd) və “Albatross” (Ağdaş-Ayvibridc) yarım-finala vəsiqə qazandı və burada onlar Final uğrunda mübarizə apardılar.
“Albatross” Finalda “Robocart”la unudulmaz görüşdən sonra Çempion Kubokunu qazandı. Ən yaxşı təqdimata görə mükafat “Robo-sapiens”, ən yaxşı robot dizaynına görə mükafat isə “Robosoft Reloaded” komandasına verildi.

BRİTANİYA ELM HƏFTƏSİ
İkinci Milli Robotlar Yarışı bizim 16-21 dekabr 2005-ci il tarixləri davam edən Britaniya Elm Haftəsinin bir hissəsi idi. Bundan başqa bu həftə ərzində bizim ilk Café Scientifique” video-konferensiya görüşü və britaniyalı müəllim tərəfindən fizika və astronomiya üzrə açıq dərslər təşkil olunmuşdu.
19 və 21 dekabr tarixləri Xəzər Enerji Mərkəzində tərəfdaş məktəblərdən biri olan Kallinqton İctimai Kollecinin müəllimi Mayk Qrokot (Mike Grocott) 200-ə yaxın azərbaycanlı şagird və müəllim üçün “Günəş bir ulduz kimi”, “Ulduz və qalaktikalar”, “Raketlər”, “Günəş sistemi” və bu kimi mövzularda məşğələlər keçirdi.

KOMANDAMIZ BRİTANİYA FİNALINDA
Nəhayət, qalib “Albatross” komandasından olan dörd azərbaycanlı şagird Lafbra (Loughborough) Universiteti Henri Ford Kollecində 21 yanvar 2006-cı ildə keçirilən FIRST Lego Liqasının Britaniya Finalında yarışmaq üçün Birləşmiş Krallığa səfər etdi.
Ayvibridc İctimai Kollecindən olan komanda yoldaşları ilə birlikdə onlar iştirak edən 25 britaniyalı komanda arasında inanılmaz beşinci yeri qazandılar. Komanda həmçinin robot və əlavələrin dizaynına görə Münsiflərin Ford İnnovasiya Mükafatına layiq görüldü. Bundan başqa onlar yüksək əzmkarlıq, texniki düşüncə, təqdimat və komanda ruhuna görə Münsiflərin Xüsusi Mükafatını qazandılar.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our Freedom of Information Publications Scheme. Double-click for pop-up dictionary.    Positive About Disabled People   Download Browsealoud    

Ev səhifəsi   Bizimlə əlaqə saxlayın   British Council UK   \x3cIMG src=azerbaijan-structure-20x10-flag.gif border=0 width=20 height=10\x3e English

© British Council
Text Only Options

Top of page


Text Only Options

Open the original version of this page.

Usablenet Assistive is a UsableNet product. Usablenet Assistive Main Page.