Azərbaycan və Birləşmiş Krallıqdan mütərəqqi Robotlar Missiyası layihəmizin başlanğıc mərhələsinə cəlb edərək əməkdaşlıq etdiyimiz məktəblər barədə daha geniş məlumat alın.
British Airways
bu tədbirə yardım göstərmişdir
Bizim «Robotlar Missiyası» layihəsi LEGO robotlarından istifadə edərək riyaziyyat, xarici dillər, dəqiq elmlər və dizayn texnologiyasi kimi fənləri inteqrasiya etməklə təhsil prosesinə kompleks yanaşmanı təqdim edir.
2004-cü ilin oktyabr ayından 2005-ci ilin mart ayına qədər dörd komanda: “MacroRobotics”, “Robosoft”, “Sunshine” və “Fireballs” “Mars Missiyası” tapşırıqlarının üzərində işlədilər. Bundan əlavə onlar Mars və kosmos sahəsində tədqiqat apardılar. Azərbaycan və Britaniyadan olan komanda üzvləri arasında daha rahat və effektiv əlaqə yaratmaq üçün komandalar bizim on-layn forumdan istifadə etdilər.
BİRİNCİ MİLLİ ROBOTLAR YARIŞI
Layihənin son mərhələsi 12 mart 2005-ci il tarixində Qafqaz Özəl Qimnaziyasında keçirilən Birinci Milli Robotlar Yarışı idi. Yarış komandalar tərəfindən keçirilən Mars haqqında təqdimatlardan başladı. Hər komanda beş dəqiqə ərzində təqdimatını münsiflər heyəti qarşısında nümaiş etdirdi. Münsiflər isə tədqiqat işinin keyfiyyəti, yeni və yaradıcı yanaşma kimi meyarlara əsaslanaraq təqdimatları qiymətləndirdilər.
Təqdimatlardan sonra hər komanda 2½ dəqiqə ərzində bacardığı qədər çox xal toplamaq məqsədiylə bütün digər komandalarla yarışdı. Finalda iki ən yüksək xal toplayan komanda yarışırdı: Lənkərandan “Fireballs” və Sumqayıtdan “Robosoft”. Yarışda Sumqayıt komandası qalib gəldi.
Layihə çərçivəsində Kallington Kollecinin müəllimi və Kosmos Mərkəzinin direktoru Mayk Grokot yüzdən çox azərbaycanlı şagird və müəllim üçün fizika və astronomiya üzrə məşğələlər keçirdi.
BÖYÜK BRİTANİYAYA SƏFƏR
2005-ci ilin aprel ayında “Robosoft” komandası öz britaniyalı yaşıdları ilə görüşmək məqsədi ilə Kalington Kolecinə səfər etdi. Səfər zamanı Britaniya və Azərbaycan komandaları “No limits” tapşırıqları üzrə birlikdə işləyib, ulduzlar və qalaktika mövzusuna həsr olunmuş maraqlı məşğələlərdə iştirak etdilər.
Axırıncı iki gün ərzində Azərbaycanlı şagirdlər Londondakı Britaniya Elm Muzeyinə səfər etdilər. Burada onlar son 300 ilin əsas elmi kəşfləri ilə tanış olub, elm tarixi, texnologiya və səhiyyə sahəsində dünyanin ən zəngin kolleksiyalarına tamaşa etdilər. Şagirdlər həmçinin muzeydə yerləşən IMAX 3D kino teatrına getmək imkanını əldə etdilər.
Ev səhifəsi Bizimlə əlaqə saxlayın British Council UK \x3cIMG src=azerbaijan-structure-20x10-flag.gif border=0 width=20 height=10\x3e English
Open the original version of this page.
Usablenet Assistive is a UsableNet product. Usablenet Assistive Main Page.