BP təqaüd proqramı Azərbaycanın bacarıqlı gəncləri üçün magistr kursunu Böyük Britaniyada keçməyə imkan yaradır. Bu təqaüd proqramı BP tərəfindən maliyyələşdirilir və British Council tərəfindən icra olunur.
BP təqaüd proqramının əsas məqsədi Azərbaycanın iqtisadi və sosial inkişafının artırılması və Azərbaycan əhalisinin rifahının yaxşılaşdırılmasıdır. Bu proqram Azərbaycanın öz bilik və bacarıqları ilə seçilən gənc mütəxəssislərinə dövlətin tərəqqi və davamlı inkişafına, eləcə də müsbət dəyişiklərə təsir etmələrinə imkan yaradır.
Bu təqaüdlər Böyük Britaniyada 12 aylıq təhsil xərclərini (yaşayış və beynəlxalq uçuş xərcləri daxil olmaqla) ödəyir. Təqaüdlər müsabiqə əsasında verilir və magistr dərəcəsi üzrə aşağida göstərilən sahələr üçün nəzərdə tutulublar:
Dövlət idarəetməsiƏSAS TƏLƏBLƏR AŞAĞIDAKILARDIR:
NECƏ MÜRACİƏT ETMƏLİ?
2007-2008-ci tədris ili üçün ərizə formalarını buradan yükləyə bilərsiniz. Müraciət etmək üçün son tarix 15 yanvar 2007-ci il, saat 18:00-a qədərdir. Öyrənəcəyiniz kurs peşəkar fəaliyyətinizin təşkilini inkişaf etdirməklə bilavasitə bağlı olmalıdır. Öz ərizənizdə təklifinizin, seçiləcəyiniz təqdirdə, Azərbaycana qayıtdıqdan sonra karyeranızın inkişafına necə kömək edəcəyini, gələcək planlarınızı və liderlik potensialınızı əks etdirməlisiniz.
Əgər ərizəniz yüksək səviyyədə yazılıbsa və yaxşı düşünülmüş təklif irəli sürürsə, müsahibəyə və İngilis Dilindən Qiymətləndirmə Testinə (İELTS) dəvət olunacaqsınız. Seçmə komitəsi sizin BP proqramına namizəd kimi qəbul olunub olunmamanız barədə son qərarı verir. Peşəsində artıq öz yerini tutmuş namizədlərə üstünlük verilir.
Qeyd: British Council Bakı ofisinin Bazar ertəsi dekabr ayının 25-dən, Çərşənbə axşamı yanvar ayının 2-nədək bağlı olacagını nəzərə almağınızı xahiş edirik.
Bİz namizədlərə ərizələri son tarixdən xeyli əvvəl təqdim etməyi tövsiyyə edirik.
Hər hansı bir sualınız olarsa, bizə müraciət etməkdən çəkinməyin.
Ev səhifəsi Bizimlə əlaqə saxlayın British Council UK \x3cIMG src=azerbaijan-structure-20x10-flag.gif border=0 width=20 height=10\x3e English
Open the original version of this page.
Usablenet Assistive is a UsableNet product. Usablenet Assistive Main Page.