“Çivninq” sözü Birləşmiş Krallıqda nüfuzlu təqaüd sözünün sinonimidir.
Britaniya Çivninq Təqaüdləri proqramı 1983-cü ildə təsis edilib, daha sonra isə uzun müddət Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Təqaüd və Mükafatlar Proqramı adı altında tanınıb. Proqramın adı 1994-cü ildə Duqlas Hörd, o vaxtkı Xarici İşlər Nazirliyinin Dövlət Katibinin şəxsi göstərişi ilə dəyişdirilmişdir. O, təqaüdün adını Xarici İşlər üzrə Katibliyin Kentdəki rəsmi iqamətgahı olan Çivninq Hausun adına dəyişməyə qərar vermişdir.
İqamətgah 1615-1630-cu illər arasında tikilib, zəngin kitabxana, qiymətli rəsm əsərləri, mebel və qobelenlər kolleksiyasına malikdir. Bütün bunlar iqamətgahın əvvəlki sahibləri, Stənhoup ailəsi tərəfindən xalqa hədiyyə edilmişdir.
Standard Çivninq təqaüdü aşağıdakı ehtiyacları ödəyir:
•Təqaüd/yaşayış xərcləri
•Təhsil haqqı
•Ekonom sinifdə gediş-gəliş bileti
•Gəlmə/getmə xərcləri
•Dissertasiya ilə bağlı xərclər
•Viza xərcləri
•IELTS test imtahanı xərcləri
Biz bakalavr dərəcəsini maliyyələşdirmirik və PhD (Fəlsəfə doktoru) və MPhil (Fəlsəfə magistrı) proqramlarını nəzərdən keçirmirik. Biz aşağıdakı ixtisaslarda ali təhsil almış tələbələrə xüsusi maraq göstəririk:
Politologiya və Beynəlxalq ƏlaqələrDigər sahələrlə maraqlanan namizədlər də nəzərdən keçiriləgcək, lakin yuxarıda göstərilən mövzularda kursları öyrənə biləcək ali təhsilli mütəxəssislərə üstünlük veriləcək.
Təhsil aldığınız müddətdə ailə üzvlərinizi Birləşmiş Krallığa gətirməməyinizi təkidlə məsləhət görürük. Vaxtınızın çoxu ixtisasınızı artırmaq üçün oxuyaraq keçəcək. Tədris mövsümü çox gərgin keçir və bütün diqqətinizi buna yönəltməniz vacibdir.
Çivninq təqaüdləri subay adamlar üçün təşkil olunub və həyat yoldaşınız, uşaqlarınız və başqə yaxınlar üçün əlavə ödənişlər nəzərdə tutulmayıb. Verdiyimiz məvacib sizə Britaniyalı subay tələbənin həyat səviyyəsində yaşamaq imkanı vermək üçün hesablanıb.
The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.
Open the original version of this page.
Usablenet Assistive is a UsableNet product. Usablenet Assistive Main Page.