Experience UK
Britaniya mədəniyyəti və incəsənəti ilə maraqlanırsınız?
Bu mövsümdə təşkil edəcəyimiz mütərəqqi teatr layihələri, film, musiqi tədbirləri və sərgilərimizi nəzərdən qaçırmayın.
TƏDBİRLƏRİMİZ
DİZAYN VƏ TƏSVİRİ İNCƏSƏNƏT
DİZAYN ŞÖBƏSİ
Bizim
Dizayn Şöbəsi Britaniya dizaynını sərgilər, simpozium və seminarlar, konfrans və tədris proqramları kimi bir sıra tədbirləri vasitəsilə təbliğ edir.
TƏSVİRİ İNCƏSƏNƏT ŞÖBƏSİ
Təsviri İncəsənət Şöbəmizin vasitəsilə rəssamlıq, fotoqrafiya, tətbiqi sənət və heykəltaraşlıq sahəsində Britaniyanın nailiyyətlərini ölkə xaricində tanıdaraq təbliğ edirik.
BRİTANİYA DİZAYN VƏ İNCƏSƏNƏT İDARƏSİ
1962-ci ildə əsası qoyulmuş
Britaniya Dizayn və İncəsənət İdarəsi (British Design & Art Direction - D&AD) Britaniyanın çiçəklənən dizayn və reklam birliklərini təmsil edən peşəkar assosiasiya və xeyriyyə cəmiyyətidir.
Yellow Pencil - D&AD
21-Cİ ƏSR BRİTANİYA HEYKƏLTARAŞLIĞI
Müasir Britaniya heykəltaraşları üçün görüş yeri olan mükafata layiq görülmüş "
Qudvudda heykəllər" veb-saytı sizə ümumi məlumat, əlaqədər bağlantılar və daha nələr təklif edir.
“UK MUSEUMS” MƏLUMAT BAZASI
Birləşmiş Krallıq Muzeylərinin bu müfəssəl məlumat sistemində axtardığınız muzeyi axtarış sözü və ya yerləşdiyi bölgəyə görə, yaxud da xəritəni tıklamaqla tapa bilərsiniz.
Design Council
Design Council (Dizayn Kaunsl) Birləşmiş Krallığın biznes, təhsil və hökumətdə tərəfdaşları ilə dizaynın effektiv istifadə olunması istiqamətində işləyən mötəbər orqanıdır. Dizayn sahəsində faktlar, öyrədici hadisələr və xəbərlər üçün onların saytına baxın.