British Council Azerbaijan    

John Smith fellow - Shahla Ismayilova, image © Shahla Ismayilova

Dəyərli təcrübə
və dərin bilik   

BARƏMİZDƏ NƏ DEYİRLƏR    

ŞƏHLA İSMAYILOVA
Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri
   

CON SMİT TƏQAÜDÇÜSÜ   

Con Smit Təqaüd Proqramının Azərbaycandan seçilən ilk iştirakçılarından biri olmaq mənim üçün böyük şərəfdir. Bu çox əhəmiyyətli bir təcrübə idi və bu proqrama başlamaq üçün yola düşərkən vətənimizdən kənarda keçirəcəyimiz 6 həftəlik proqram bizə çox yorucu və üzücü görünürdü. Ancaq bu hiss elə birinci həftədən bizi tərk etdi. Bizi çox xoş qarşıladılar və ətrafımızda çox ruhlandırıcı bir abi-hava duyduq.

Əgər məndən ən çox nəyin xoşuma gəldiyini soruşsalar, yəqin ki, cavab verməkdə çətinlik çəkərəm – çünki hər şey çox yaxşı düşünülmüş və təşkil edilmişdi. Burada hər şey nəzərə alınmışdı - təhsildən tutmuş təşkilatlarda keçirilən təcrübəyə qədər, görməli yerləri gəzməkdən (bu mənim çoxdankı arzum idi və həyata keçdi) milli rəqslərə qədər.. Ancaq hər şeydən çox Böyük Britaniya xalqının istiqanlılığı və qonaqpərvərliyinin məndə xoş təəssürat yaratdığını da qeyd etməyə bilmərəm. Böyük Britaniya deyəndə mən bütün Birləşmiş Krallığı nəzərdə tuturam, çünki bu müddət ərzində Edinburq, London, Börminqhəm, Belfast və digər şəhərləri görmək şərəfinə nail oldum. İstirahət günlərindən birində mənə hələ bir Şotlandiyalı ailənin evində qalmaq da nəsib oldu və bu mənim Britaniya xalqı haqqında xoş təəssüratlarımı daha da artırdı.

Proqrama gəldikdə isə, bu proqram mənə yaxşı demokratik hökumət barəsində hərtərəfli məlumat verdi. Hər bir mühazirə, hər bir görüş, hər bir təcrübə bu məlumatın bütünlüklə və aydın şəkildə anlaşılmasında əvəzsiz rola malik idi.

Bizim təhsil müddətimiz Britaniya xalqının həyatında baş verən bir sıra kədərli və sevincli anlarla üst-üstə düşdü – biz  “Yoxsulluğu Tarixdə Qoyaq” şüarı altında keçirilən nümayişin şahidi olduq, 2012-ci il olimpiadalarının Londonda keçiriləcəyi xəbərini eşidən ingilislərin hədsiz dərəcədə sevindiyini gördük, ancaq həmçinin 7 iyul tarixində baş vermiş bir sıra terror aktlarının kədərini yaşadıq. Bu günlərdə bizim aramızda heç bir fərq yox idi – hamımız eyni dərəcədə qorxu və təlaş içərisində idik.

Ümumiyyətlə, deyə bilərəm ki, Con Smit Təqaüd Proqramı mənə gələcəkdə öz ölkəmə fayda verə bilməyim üçün öz işlərimdə tətbiq edə biləcəyim dəyərli təcrübə və dərin bilik verdi. Ən əsası da odur ki, mən həm iştirakçılar arasında, həm Birish Council-ın Bakı və London ofislərinin əməkdaşları arasında, həm də bizim bu möhtəşəm proqramın təşkilatçıları arasında mənimlə eyni əqidədə olan dostlar qazandım. Mən inanıram ki, bu cür fədakar insanlar dünyanı yaxşılığa doğru dəyişməyə qadirdir və şəxsən mən bu işdə öz payıma düşəni etməyə hazıram.

DCSIMG

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.

© British Council

Text Only Options

Top of page


Text Only Options

Open the original version of this page.

Usablenet Assistive is a UsableNet product. Usablenet Assistive Main Page.