British Council-a gəlməzdən əvvəl mən ingilis dilini kifayət qədər yaxşı bilirdim, lakin danışıq təcrübəm yox idi. British Council ingilis dili kursları barədə eşidəndə dərhal orada təhsil almağı qərara aldım.
Burada dərslər elə dostcasına və isti şəraitdə keçirilir ki, adam 2 saatın necə keçməsini hiss etmir. Mən həmişə dərslərimi səbirsizliklə gözləyirəm.
British Council-da bir müddət təhsil almdıqdan sonra hiss etdim ki, ingilis dilində sərbəst danışa bilirəm. British Council-ın köməyi ilə mən ancaq dərs zamanı deyil, həm də dərslərdən sonra vaxtımı keçirdiyim çoxlu yeni dostlarla tanış oldum. Mən həmçinin British Council-dakı ingilis dili müəllimimə də minnətdaram ki, o, Böyük Britaniya, onun tarixi və mədəniyyəti haqqında yeni və maraqlı faktlarla bizi tanış edib.
Mənim fikrimcə British Council-ın Böyük Britaniyada təhsil almağıma da köməyi olacaq. Mən ingilis dilini mənim ikinci ana dilim olana qədər öyrənmək istəyirəm.
Mən əminəm ki, British Council-da oxuduğum zaman topladığım biliklər garşıma qoyduğum məqsədlərə nail olmaq üçün kifayətdir və gələcəkdə bu biliklərin mənə verəcəyi imkanları səbirsizliklə gözləyirəm.
The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.
Open the original version of this page.
Usablenet Assistive is a UsableNet product. Usablenet Assistive Main Page.